Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və keçmişdə məhkum olunmuş Şəki sakininin digər əməlinin də üstü açılıb. Bu haqda mayın 19-da Report məlumat paylaşıb.
Onun evinin zirzəmisində gizlətdiyi yarım kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılan şəxsin, həmçinin təmir olunan evdən 700 manat dəyərində elektrik kabelləri oğurladığı məlum olub. O, ifadəsində kabelləri yandırdığını və əldə etdiyi misi satmaq niyyətində olduğunu söyləyib.
Sözügedən şəxs əvvəllər narkotik və oğurluq cinayətlərinə görə 12 ildən çox məhkumluq həyatı yaşayıb.
Faktlarla bağlı araşdırmalar davam edir.