Şəkidə idarəetməni itirən sürücü qəza törədib, ölən və yaralanan var. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
Hadisə Cəfərəbad kəndi ərazisində qeydə alınıb.
Əliəskər İbrahimov idarə etdiyi “Vaz 2107” markalı avtomobillə hərəkətdə olarkən ehtiyatsızlıqdan idarəetməni itirərək yoldan çıxmış, idarə etdiyi avtomobil yolun kənarında olan işıq dirəyinə çarpılmışdır.
Nəticədə sürücü İbrahimov Əliəskər İdris oğlu hadisə yerində ölüb, avtomobildə olan sərnişin İbrahimova Mehriban Xəyyam qızı aldığı xəsarətlərlə Şəki RMX-yə aparılıb.
Fakt araşdırılır.