Cari ilin ilk 4 ayı ərzində Şəki rayonunda 23,2 milyon manatlıq sənaye məhsulları istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,4% çoxdur. Bu barədə 18 may tarixində Şəki Şəhər Statistika İdarəsinə istinadən Azərtac məlumat verib.
Məlumata əsasən, rayonda 16 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye sahəsində 1 229 nəfər işçi çalışır.
Qeyd edilib ki, toxuculuq sənayesində 825 min manatlıq məhsul istehsal edilib.