Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkdiyi üçün xəstəxanaya yerləşdirilib. Bu haqda iyunun 1-də Trend məlumat yayıb.
İstintaq təcridxanasından ev dustaqlığına buraxılandan sonra sabiq nazir Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.
Səlim Müslümov 2021-ci ilin fevral ayında DTX tərəfindən saxlanılmışdır. O, “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə”, ”təkrar külli miqdarda rüşvət alma” maddələrilə təqsirləndirilən şəxs qismində həbs edilmişdir.