Salyanda keçmiş kürəkənini öldürən şəxsin cinayət işinin ibtidai istintaqı tamamlanıb. Bu barədə iyulun 1-də Baş Prokurorluqdan məlumat verilib.
Hadisə cari ilin aprel ayında baş verib. 70 yaşlı Məlikağa Əliyev aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni, 37 yaşlı Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Məlikağa Əliyev “qəsdən adam öldürmə” maddələsilə təqsirləndirilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.