Şəmkirdə 51 yaşlı kişini qatar vurub. O, Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir. Bu barədə iyunun 12-də APA xəbər verib.
Hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Dəllər stansiyasının yaxınlığında baş verib.
Verilən məlumata əsasən, xəsarət alan şəxs hadisə zamanı sərxoş olub.
Fakt araşdırılır.