Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) mayın 8-də məlumat verilib.
Yarmarkada Şəmkir, Tovuz, Daşkəsən və Göygöl rayonlarından olan mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar məhsul və xidmətlərini, əl işlərini nümayiş etdiriblər. Ümumilikdə sərgidə 70-ə yaxın KOB subyekti tərəfindən 800 adda məhsul və xidmətlər təqdim olunub.
Daha öncə, aprelin 25-də yarmarka Bakıda təşkil olunmuşdu. Tədbirin Gəncə, Lənkəran, Füzuli, Quba və Sumqayıtda da keçirilməsi planlaşdırılır.
[URIS id=47177]