Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda oktyabrın 20-də APA xəbər yayıb.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil aşıb.
Nəticədə 2001-ci il təvəllüldü Eltun Məmmədli və daha iki nəfər xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.