Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda oktyabrın 19-da APA məlumat yayıb.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü, Tovuz rayon sakini 1997-ci il təvəllüldlü İslam Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.