Şəmkirdə evlərdən oğurluq edilib. Bu haqda oktyabrın 17-də APA xəbər yayıb.
Belə ki, rayonun Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov saxlanılıb.
Onun əvvəllər də tanışları F.Torçiyev, X.Qarayev və E.Zeynalovla birgə evlərdən oğurluq etdiyi məlum olub.
Həmin şəxslər saxlanılıblar. Araşdırma aparılır.