Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Bu haqda iyunun 4-də Qafqazinfo məlumat yayıb.
Adıçəkilən şəxs korrupsiya cinayətlərində şübhəli bilinir. Onunla yanaşı daha bir neçə vəzifəli şəxsin həbs edildiyi bildirilir.
A.Rəcəbov həmin vəzifəyə ötən ilin dekabrında təyin edilib. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə şəhər Regional İdarəsində çalışıb.