Şəmkirdə yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Bu haqda oktyabrın 18-də APA xəbər yayıb.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Yük maşınında olan əhəng yola dağılıb.
Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.