Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi noyabrın 10-da baş tutacaq. Bu barədə APA xəbər yayıb.
İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sözügedən şəxs ötən ilin aprel ayında DTX tərəfindən həbs edilib.
O, “mənimsəmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma”, “təkrar, külli miqdarda rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə ittiham olunub.