İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına düşən 1995-ci il təvəllüdlü şəxsin meyiti tapılıb. Bu barədə 1 iyul tarixində Report məlumat verib.
Məlumata əsasən, sözügedən şəxsin meyiti batdığı yerdən təqribən 8 kilometr məsafədə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Qımılqışlaq kənd sakini idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini isə suda boğulmuşdu.