Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Qusar rayonunun Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Bu barədə 23 iyul tarixində Report məlumat verib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.