Bu gün, iyunun 22-də saat 01:00 radələrində Samux rayonunun Füzuli kəndində 33 yaşlı şəxs öldürülüb. Bu haqda Report məlumat yayıb.
İlkin araşdırmalara əsasən, o, 32 yaşlı tanışı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanıb.
Hadisə ilə bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb. Qətldə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırma davam edir.