Samux rayonunda yeni beton kanal çəkilir. Bu barədə oktyabrın 24-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatından məlumat verilib.
Su itkisinin qarşısının alınması üçün rayon ərazisində yerləşən torpaq məcralı kanalın beton üzlüyə alınmasına başlanılıb.
Əlavə olaraq, kanallarda əllə lildən təmizləmə işləri də aparılır.
Rayonun suvarma sistemi 28 266 hektar əraziyə xidmət edir. İdarənin balansında 574 ədəd subartezian quyusu, 26 ədəd isə nasos stansiyaları mövcuddur.