top
“Sənətçilər arasında ilham alacağım heç kəs yoxdur” – “Ti moya dünya”nın ifaçısı ilə MÜSAHİBƏ
21 aprel 2025, 05:41
- ↺ +

“Sənətçilər arasında ilham alacağım heç kəs yoxdur” – “Ti moya dünya”nın ifaçısı ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


“Özüm üçün yazdığım mahnıların sayı çoxdur. Zamanla hər birini təqdim edəcəm”.

Bu sözləri Gencexeber.az-ın müsahibi müğənni Cavid Məmmədov deyib.

Onunla müsahibəni təqdim edirik:

– Cavid bəy, öncə oxucularımız sizi yaxından tanısın.

– 1992-ci ildə Gəncə şəhərində anadan olmuşam. Musiqi daima mənimlə olub, olacaq da.

– Gəncədə keçirdiyiniz uşaqlıq günlərini xatırlayırsınız?

– Gəncə doğma şəhərim, ən yaxın dostumdur. Təbii ki, hər bir küçəsi, havası, suyu mənə əzizdir. Xatirələrimin sayı tükənməzdir. Ancaq ən çox sevindiyimiz günlər yolların bağlanması olurdu. Çünki yollar bağlanar, asfalt üzərində xətlər təzələnərdi. Həmin zaman Şah İsmayıl Xətai prospekti açıq qalardı. Bizdə uşaqlarla həmən günlər çox sevinər, bütün oyunlarımızı geniş yolda oynayardıq.

– Musiqiyə bağlılığınız necə yarandı? Özünüzü bu sahədə necə gördünüz?

– Uşaqlıqda çəkilən videolarımda görüb anladım ki, danışa bilməyən yaşlarımda belə musiqini hər zaman hiss edirdim. Daha sonra anam məni musiqi məktəbinə, fortepiano sinfinə yazdırdı. Beləliklə, artıq 25 ildir ki, musiqi ilə dostluq edirəm, həyat yolumu onunla addımlayıram.

– Bu yerə gələnə qədər hansı yollardan keçmişiniz?

– 17-18 yaşımdan demək olar ki, musiqiyə çox professional yanaşmağa başladım. İlk böyük səhnəm 2016-cı ildə “Ukraynanın Səsi” oldu. Daha sonra vətənimizdə səhnələr almağa başladım. İncəsənət universitetinə qəbul oldum və estrada vokal üzrə təhsilimi davam etdirdim.

– Bir çox sevilən mahnılarınız var. Onların müəllifi kimdir?

– Mahnılarımın müəllifi özüməm. Bir sıra sevilən mahnılarım var. Özümün ən çox sevdiyim bəstəm isə Xalq artisti Zülfiyyə Xanbabayeva ilə ifa etdiyimiz “İstərdim” ifasıdır.

Məni ən çox tanıdan və “Amerika Top” siyahısına düşən ifam “Ti moya dünya” olub. 2019-cu ildə bir çox ölkələrin “Trend 10” siyasında birinci yerdə idi.

– Çox gözəl vurğuladınız. Həmin dövrlər “Ti moya dünya” mahnısı bir çox videoçarxların fon musiqisinə çevrildi. Maraqlıdır, “Tİ Moya dünya”nın yaranma hekayəsi necə olub?

– “Ti moya dünya” mahnısının yaranması sadədir. Ragheb Alamanın “Nassini el Donia” mahnısına rus dilində sözlər yazdım və daha fərqli auditoriya qarşısına çıxartdım. Bu mahnı mənim ifamda xüsusi sevildi. Bir çox ölkələrdə top trend listlərdə aylarca qaldı.

– Bəs ilk ifa etdiyiniz mahnı hansı olub?

– İlk yazdığım və ifa etdiyim mahnı “İkinci nəfəs” ifası olub. Dediyim kimi, ilk gündən mahnıların müəllifi özüm olmuşam.

– Özünüzü hansı janrda daha rahat hiss edirsiniz? Ən sevdiyiniz hansıdır?

– Ən sevdiyim janr pop, R&B və cazdır. Ancaq özüm daha çox pop janrında ifa edirəm. Çünki bu janrda özümü daha rahat hiss edirəm.

– Sizi ən çox ilhamlandıran sənətçilər kimlərdir — yerli və ya xarici?

– Yerli ifaçılardan ilham alacağım heç kəs yoxdur. Bir tək bəstəkar İsmayıl Əsədovun adını çəkə bilərəm ki, bu insanın bəstələri ruhuma çox yaxındır.

– Əməkdaşlıq etmək istədiyiniz bir ifaçı və ya bəstəkar varmı?

– Özüm üçün yazdığım mahnıların sayı çoxdur. Ona görə ehtiyac duymuram. Zamanla hər birini təqdim edəcəm.

– Qarşıda hansı layihələriniz var? Yeni mahnılar, kliplər və ya konsertlər gözlənilirmi?

– Konsert qiymətləri o qədər fantastik olub ki, sponsorsuz çətin məsələ hesab edirəm. Bəlkə konsert vermək nə zamansa mümkün oldu. Buna inanıram, olacaq.

Doğma Gəncəm üçün mahnım var. Yaxın günlərdə təqdim edəcəm.

– Sonda gənc musiqiçilərə nə tövsiyə edərdiniz?

– Gənclərə tövsiyəm odur ki, mütləq sənətlə bərabər toy biznesində olsunlar. Səviyyəni qoruyub saxlamaq şərti ilə pul qazansınlar. O zaman həm şəxsi həyatlarında, həm də karyeralarında hər şey əla olacaq.

Fidan İlqar


Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər