Sənaye zonalarına bu günədək 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb. Bu barədə 12 may tarixində Sumqayıt Kimya Sənaye Parkının rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, mövcud layihələr üzrə 400 milyon manatadək investisiyanın yatırılması və 2 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan artıq 58-i fəaliyyət göstərir.
Qeyd edək ki, indiyədək həmin zonalarda 6,5 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,1 milyard manatlıq hissəsi ixrac edilib.