Mayın 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək. Lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.