Bakıda və Abşeron yarımadasında mayın 14-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 11-13°, gündüz 21-23° isti olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 23-28°, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.