İyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°, gündüz 30-33°, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacaq.
Əksər rayonlarda hava yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 32-37°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.