İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda havanın temperaturu gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 32-37°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacaq.