İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq.
Əksər rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 33-38°, dağlarda gecə 8-13°, gündüz 21-26° isti olacaq.