Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə Abşeron yarımadasının şimalında qısamüddətli yağış yağa bilər. Mülayim şimal-qərb küləyi əsəcək.
Paytaxtda gecə 15-17°, gündüz 20-22° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16°, gündüz 17-22°, dağlarda gecə 1-6°, gündüz 6-9° isti olacaq.