Mayın 28-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacaq.
Rayonlarda da hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 24-29°, dağlarda gecə 3-8°, gündüz 9-14° isti olacaq.