Oktyabrın 23-ü İsrailin “İton-Tv” kanalına Fransa Senatına qarşı hazırlanan petisiyanın müəlliflərindən biri müsahibə verib.
“Biz, Azərbaycan xalqı olaraq Fransa xalqına müraciət edirik. Bu, bizim xalqın ilk böyük təşəbbüsüdür”, - deyə Afət Abdullayeva çıxışında bildirib.
Müsahibədə petisiyaya aid bir çox məsələlər müzakirə olunub: bu təşşəbüsün əsas məqsədləri, kimlər tərəfindən dəstəklənməsi, həmçinin artıq ölkə xaricində yayılması barədə danışılıb. Müsahibənin ətraflı məzmunu ilə linkə keçid edərək tanış ola bilərsiniz.
[playlist type="video" ids="90644"]
Qeyd edək ki, noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnaməyə baxacaq. Qətnamə Azərbaycanı “hərbi cinayətlərdə” ittiham edir və Avropanı Azərbaycanın qaz və neftinə embarqo qoymağa çağırır.
Bu səbəbdən bir qrup sıravi azərbaycanlı Fransa Senatının ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib. Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına ünvanlanan müraciət yerləşdirib.
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq