Saray qəsəbəsində kişi arvadını öldürüb. Bu barədə 22 oktyabr tarixində Baş Prokurorluq məlumat verib.
Oktyabrın 22-si Abşeron rayonunun Saray qəsəbəsi sakini, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov oktyabrın 21-i yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən uşağı qorumağa çalışan, hamilə olan Səidə Nəmətovaya dəmir boru vasitəsilə xəsarət yetirib.
Faktla bağlı “təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə” maddəsi ilə cinayət işi başlanıb.