Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında mayın 23-də 12 kiloqrama yaxın narkotik vasitə və spirtli içkilər aşkarlanıb. Bu haqda Dövlət Sərhəd Xidməti məlumat paylaşıb.
“Mersedes E 190” markalı avtomobil saat 01:40 radələrində Cəbrayıl–Horadiz avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək sürətlə hərəkət etdiyinə görə saxlanılıb. 35 yaşlı Füzuli sakininin idarə etdiyi avtomobildən 2 ədəd bağlama tapılıb. Bağlamadan isə 11 kiloqram 885 qram narkotik vasitə və 5 ədəd “Millionaire” markalı spirtli içki götürülüb.
Faktla bağlı araşdırma davam edir.