May ayının 21-də saat 02:12 radələrində Qazax rayonunun II Şıxlı kəndi ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edən 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə 21 may tarixində Dövlət Sərhəd Xidmətinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, onların 5-i azyaşlı olub. Onlardan 1997-ci il təvəllüdlü Bukavadze Aybəniz Rafiq qızının əvvəllər də eyni cinayət əməlini törətməsinə görə axtarışda olması müəyyənləşib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.