Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər həlak olub. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Hadisə Naxçıvan-Sədərək magistralında baş verib.
Hadisə nəticəsində Şərur rayonunun 1986-cı il təvəllüdlü Dəmirçi kənd sakini olan piyada Məmmədov Xəyal Əsgər oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.