top
Senata yönəlmiş Azərbaycan petisiyası: Fransa prezidenti bizə necə kömək etdi
15 oktyabr 2022, 00:04
- ↺ +

Senata yönəlmiş Azərbaycan petisiyası: Fransa prezidenti bizə necə kömək etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biz, ideoloji səbəblərdən Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyanın imzalanması məqsədilə təbliğata başladığımız zaman bəzi izləyicilər şərhlərdə bəyan etdilər ki, biz “boş yerə” vəziyyəti gərginləşdiririk. Onlar yazırdılar ki, Azərbaycan və Fransa prezidentləri bu yaxınlarda Praqada keçirilən görüşdə artıq “hər şey haqqında razılaşıblar”. Buna təsdiq olaraq isə onlar 12 oktyabr tarixində Fransanın turizmin inkişafı agentliyi olan “Atout France” tərəfindən heç bir maneə olmadan “Inter Continental Baku” hotelində blogerlər üçün “Fransa sizi gözləyir” adı altında tədbirin keçirilməsini göstərirdilər. Bizi inandırmağa çalışırdılar ki, əgər Fransa, doğrudan da, Azərbaycana qarşı düşmən addımları atsa idi, ölkəmizin hakimiyyəti paytaxtın mərkəzində belə bir tədbirin keçirilməsinə icazə verməzdi. Həmçinin onlar bizə Azərbaycan hakimiyyətinin nümayəndələrinin fransızları tənqid etməkdən çəkindiklərini, bunun bizim ölkəmizin maraqlarına qarşı çıxmaq olduğunu göstərirdilər. Bu səbəbdən bəzi blogerlər fransız siyasətçilərinin düşmən fəaliyyətinə qarşı bir çox azərbaycanlının mövqeyini təqdim edən petisiyanı imzalamamaq üçün təkid edirdilər.

Petisiyanın Azərbaycan dilinə tərcüməsi

Petisiyanın Rus dilinə tərcüməsi

Petisiyanın Türk dilinə tərcüməsi

Nəticədə biz, demək olar ki, tək qaldıq (( Lakin bu, çox çəkmədi. Bizə köməyə prezident Emmanuel Makron şəxsən gəldi! Ayın 12-si, axşam «France 2» kanalında çıxış edərkən o bəyan etdi: “Azərbaycan böyük sayda ölümlərlə, dəhşətli səhnələrlə və ərazi işğalı ilə qorxunc müharibəni başlatdı. Sentyabr ayında Azərbaycan sərhəd boyu, öz ərazisinin bir tərəfindən o biri tərəfinə dəhliz yaratmaq üçün bir sıra hücum əməliyyatları etdi. Biz onu buna görə qınadıq...Biz erməniləri və Ermənistanı tək qoymayacağıq. Fransa Azərbaycandan qaz almır. Belə bir razılaşmamız yoxdur. Düzdür, bəzi Avropa ölkələrinin qaz razılaşmaları var. Lakin sizə deyim ki, Fransaya və Avropanın səslərinə qaldıqda, bizim dəyərlərimizi və prinsiplərimizi qaz və ya neft qiymətinə almaq mümkün deyil”.

Bu çıxışın nəticəsində Azərbaycan rəsmiləri, nəhayət ki, fransız dövlət məmurlarının və parlamentarilərinin düşmən fəaliyyəti ilə bağlı öz səssizliyini pozdular. 13 və 14 oktyabr tarixlərində bir sıra kəskin bəyanatlar səsləndirildi. Bunlardan bir neçəsini misal çəkirik:


  • Prezident İlham Əliyev: “Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Daha sonra bildirilib ki, Fransa Ermənistanı heç vaxt tərk etməyəcək. Bu, necə deyərlər, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına: “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildiyini bildirən Azərbaycan Prezidenti deyib: “Böyük ölkənin Prezidentinə qarşı küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını qoy Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.

  • “Fransa Prezidenti Azərbaycan ərazilərinin 30 illik işğalı, yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının tapdalanması, Azərbaycanın ərazi bütövlüyü prinsipinin pozulması, Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etməməsinə görə Ermənistanın əleyhinə bir söz belə deməyən dövlət başçısıdır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

  • “Ermənistanı həyasız dəstəyinə görə bilavasitə Fransa məsuliyyət daşıyır. Noyabrın 15-də Senat Azərbaycan əleyhinə qətnamə qəbul etməyə hazırlaşır. Belə bir qətnamə qəbul olunarsa, Azərbaycan bu ölkədəki səfirini geri çağırmalı və diplomatik münasibətlərə yenidən baxmalıdır”, -bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib.

  • “Fransa həmişə ermənipərəst mövqeyi ilə seçilib və bu gün də mövqeyini tutmaqda davam edir, Qarabağdan sonrakı münaqişə zamanı Ermənistanın maraqlarını qorumağa çalışır”, - Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

  • Azərbaycan və Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransanın xarici işlər naziri Ketrin Kolonnanı regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib. “Biz hər zaman o mövqedən çıxış etmişik ki, münasibətlərin zədələnməsinə, qarşılıqlı etimadın zəifləməsinə yol vermək doğru deyil. Lakin təəssüf ki, Fransa öz siyasətini, yanaşmasını dəyişmir. Daha çox Ermənistanın maraqlarını müdafiə edir”,- Məmmədov bəyan etdi.


Azərbaycanın rəsmi reaksiyasını gözləyənlər Makron sayəsində bunu eşitdi. Beləliklə, Azərbaycan xalqı adından Fransa Senatına və xalqına yönəlmiş petisiyaya dəstək məqsədilə niyə səs verilməməyinə dair bəhanələrin sayı əhəmiyyətli şəkildə azaldı.

Səs verin! Qoy Senat və sıravi fransızlar, nəhayət ki, sadəcə dövlət məmurlarının deyil, sıravi azərbaycanlıların da fikirlərini eşitsinlər! Hər bir səs önəmlidir! Əgər petisiyaya on minlərlə insan səs versə, bizim mövqeyimizi təkcə Fransanın kütləvi informasiya vasitələri deyil, Avropa İttifaqının digər ölkələri də görəcək. İlk dəfədir ki, Avropada erməni təbliğatının səsini kəsmək imkanı yaranıb! Təlimata əməl edin və Azərbaycanı qorumaq üçün öz səsinizi verin!

Səsvermədə necə iştirak etməyə dair təlimat

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
08 noyabr 2026, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
08 noyabr 2026, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Oxşar xəbərlər