2022-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barel olub. Bu barədə 17 oktyabr tarixində Energetika Nazirliyi məlumat verib.
Bunun 543 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib.