Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Bu barədə 16 iyul tarixində "Unikal" məlumat yayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Nurlan Məhərrəmova hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəminində 1993-cü il təvəllüdlü sevgilisi Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir.
Ona qarşı “Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə” maddəsi ilə ittiham irəli sürülüb.