"Qənirə Paşayevanın ölümü Türkiyə üçün də böyük itkidir". Bunu türkiyəli siyasətçi Sinan Oğan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri deputat Qənirə Paşayevanın dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
Bu barədə 29 sentyabr tarixində Report məlumat verib.
"30 il öncə tanıdığım Qənirə Paşayeva necə idisə, son günə qədər də elə qaldı. Millətinə, Vətəninə sadiq oldu. Biz bu gün onu itirdik. Avropa Şurası Parlament Assambleyasında, Türkiyədə çıxışları, Azərbaycançılıq ideologiyası uğrunda apardığı mübarizə tarixdə qalacaq. Türkiyədə də hüzn var. Millət olaraq, başımız sağ olsun, Allah rəhmət eləsin", - Sinan Oğan söyləyib.