Bakıda sinif yoldaşını bıçaqlayan Nihad Fərhadov 5 il 7 ay azadlıqdan məhrum olunub. Bu haqda iyunun 7-də APA xəbər paylaşıb.
Hadisə 2022-ci ilin yanvarında Səbail rayonunda qeydə alınıb. 18 yaşlı Nihad Fərhadov 17 yaşlı Cəmil Həsənova bıçaqla xəsarət yetirdiyi üçün şübhəli şəxs qismində saxlanılıb.
Hər iki şagird Bakı şəhəri 162 nömrəli məktəbin 11-ci sinfində oxuyub.