Şirvanda çörəkbişirmə sexindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda iyunun 10-da Report xəbər yayıb.
Məlumata görə, sexə 13 370 manat maddi ziyan vurulub. Oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb. O, əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Xaləddin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.