Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinə istinadən Trend məlumat paylaşıb.
Alim Əkbərovun üzərindən bir büküm heroin, evindən isə 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.