Şirvanda arvadını ov tüfəngi ilə qətlə yetirməkdə təqsirləndirilən Elnur Abıyevin məhkəməsi başlayır. Bu haqda iyunun 8-də Report xəbər yayıb.
Hadisə bu ilin fevralında qeydə alınıb. Belə ki, Elnur Abıyev şəxsi mübahisə zamanı yaşadıqları evdə arvadı Xəyalə Abıyevaya ov tüfəngi ilə 1 dəfə atəş açıb. Sonra hadisə yerindən qaçıb.
Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polislər Elnur Abıyevi saxlamağa çalışarkən, cinayətkar tüfənglə onlara da atəş açıb. Daha sonra polislər tərəfindən onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınıb.
Elnur Abıyevə qarşı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.