Şirvanda bacısını öldürən 54 yaşlı kişinin cinayət işi məhkəməyə göndərilib. Bu barədə iyunun 28-də Baş Prokurorluq xəbər yayıb.
Belə ki, 2021-ci il martın 14-də 1952-ci il təvəllüdlü Bəhruzə Rəsulova qəsdən öldürülmüşdü. Onu qardaşı, 1968-ci il təvəllüdlü Alim Rəsulov yaşadıqları evdə mübahisə zamanı əlləri ilə boğaraq qəsdən öldürüb.
Alim Rəsulov Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib.