Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Mehdi Hüseynov və qardaşı İmanxan Hüseynov saxlanılıblar.
Report-dan mayın 23-də verilən məlumata görə, həmin şəxslərin evlərinin həyətlərindən ümumilikdə 96 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Qeyd edək ki, İmanxan Hüseynov əvvəllər də narkotiklərə görə məhkum olunub.
Şəhər məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.