Şirvanda dələduzluq edən qadın saxlanılıb. Bu barədə iyunun 9-da Daxili İşlər Nazirliyinə istinadən Report məlumat yayıb.
Ülviyyə Balayeva şəhər sakininə yüksək maaşlı işlə təmin edəcəyi barədə vədlər verərək onun 10 000 manatını ələ keçirib.
Həmin qadının digər analoji cinayətlərdə iştirakı da istisna edilmir: “Ülviyyə Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat vermələri xahiş edilir”.