İyunun 7-də Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib, 5 vəzifəli şəxs saxlanılıb. Bu barədə Trend iyunun 8-də xəbər paylaşıb.
Belə ki, Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov, Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı, Əmlak idarəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxsləri saxlanılıblar.