Şirvanda son 15 gündə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, dələduzluq və oğurluq edən, həmçinin üzərində qanunsuz silah saxlayan 20 nəfər saxlanılıb. Bu barədə iyunun 15-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxslərdən ümumilikdə 5 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, eləcə də çətənə bitkiləri götürülüb.
Həmin şəxslərdən 16-sı barəsində həbs, 4-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.