Şirvanda qanunsuz ağac kəsən şəxsin məhkəməsi başlayır. Bu barədə mayın 6-da Baş Prokurorluq məlumat yayıb.
Zahid Babayevin Cinayət Məcəlləsinin müvafiq maddəsilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Həmin şəxs müvafiq icazə almadan tamah məqsədilə qeyd edilən ərazidə olan, meşə fonduna daxil olmayan 3 ədəd ağacı kəsib. Nəticədə təbiətə 2900 manat məbləğində maddi ziyan vurub.
Z.Babayevin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.