Şirvan sakinindən odlu silah aşkar edilərək götürülüb. Bu haqda iyunun 14-də Report xəbər yayıb.
Şəhər sakini Şəxsiyyət Məmmədov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança, 1 ədəd patron darağı və 14 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.