Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Bu barədə 7 dekabr tarixində Report məlumat verib.
Belə ki, sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunması təklif olunub.
Hazırda sığorta ödənişi almaq üçün 35 ay sığorta stajı tələb olunur.