Cari ilin ilk rübündə SOCAR 223,7 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122% çoxdur. Bu barədə 13 may tarixində şirkətin Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, ölkə üzrə qeyri-neft ixracının 30,8%-i SOCAR-ın payına düşüb. 2022-ci ilin ilk rübündə ölkədə qeyri-neft məhsullarının ixracının artımı 225,6 milyon dollar təşkil edib. Artımın 54,5%-i, yəni 123 milyon dollarlıq hissəsi SOCAR-ın payına düşüb.