SOCAR “Ümid-1 Stasionar Dəniz Özülündə hasilatın sürətləndirilməsi” layihəsi üzrə gündəlik qaz hasilatının 3 milyon kubmetrdən 8,1 milyon kubmetrə, kondensat hasilatının 470 tondan 1 200 tona qədər artırılmasını planlaşdırır. Bu barədə 23 may tarixində şirkətin Twitter səhifəsində məlumat verilib.
Məlumata əsasən, sözügedən layihə 4 hissədən ibarətdir: Ümid-1 platformasında yenidənqurma işləri və 2 ədəd yeni quyunun qazılması; 3,7 kilometrlik nəql xəttinin quruda çəkilməsi; Daşgil-2 terminalından 32,4 kilometrlik qaz xəttinin çəkilməsi; Səngəçal baş qurğularında SOCAR-ın nəql sisteminə birləşməsi.
Qeyd edək ki, Ümid yatağı 2010-cu ildə kəşf edilib. Yataqda ilkin hasilata 2012-ci ildə başlanılıb. Hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat təşkil edir.
“Ümid-1 Stasionar Dəniz Özülündə hasilatın sürətləndirilməsi” layihəsi üzrə hədəflərimiz:
?gündəlik qaz hasilatının 3 mln m³-dən
8,1 mln m³-ə;?kondensat hasilatının 470 tondan 1200 tona qədər artırılmasına nail olmaqdır.https://t.co/GTrsaeoAuH
— SOCAR (@SOCARofficial) May 23, 2022