Kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının, tanınmış bankların və media qurumlarının adından istifadə edilərək saxta investisiya layihələri həyata keçirilir. Bu haqda iyunun 23-də Elektron Təhlükəsizlik Xidməti tərəfindən məlumat verilib.
“Bu növ hücumların əsas məqsədi vətəndaşların fərdi məlumat və maliyyə vəsaitlərini ələ keçirməkdir”, - məlumatda deyilir.
Daha çox vətəndaşın cəlb edilməsi üçün kibercinayətkarlar SOCAR və AzerGold kimi şirkətlərin adından istifadə edirlər.
Bu növ kiberhücumlardan qorunmaq üçün vətəndaşlardan məlumatların düzgünlüyünü həmin quruma zəng vuraraq və ya rəsmi sayta daxil olaraq yoxlamaları xahiş olunur.
Belə hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.
[URIS id=55676]